"Hazırda 10 peyvəndin üzərində iş aparılır, 1 peyvəndin üzərində iş isə sonuncu mərhələdir" - ÜST rəsmisi

img

25-06-2020 [17:26]


"Koronavirus peyvəndləri üzərində iş gedir. Hazırda 10 peyvəndin üzərində iş aparılır. 1 peyvəndin üzərində iş isə sonuncu mərhələdir".

Mia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, pandemiyanın sürəti artır: "Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil. Bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq. Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA