Oqtay Şirəliyev səfirlə maska taxıb görüşdü - FOTO

img

25-06-2020 [13:08]


Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Görüşdə koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Tərəflər onkologiya, ortopediya və biotəbabət kimi sahələri özündə birləşdirən səhiyyə sektorunda mövcud olan ikitərəfli əlaqələr barədə də danışıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA