Sabahdan hava şəraiti pisləşəcək - Xəbərdarlıq

img

24-06-2020 [16:59]


Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, iyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA