Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı oldu - FOTO

img

23-06-2020 [14:38]


Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA