Sabahın hava proqnozu açıqlandı

img

23-06-2020 [13:23]


İyunda 24-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

24 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA