Avropa İttifaqı və ÜST Azərbaycana 160 min maska və 8 min qoruyucu kombinezon göndərdi - FOTO

img

23-06-2020 [11:31]


Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisi Şərq Tərəfdaşlığı ölkələrindəki tibb işçilərini dəstəkləyir.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən Mia.az-a verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib.

Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA