Mehriban Əliyeva şəhid polkovnikin ailə üzvünün müalicəsini nəzarətə götürdü

img

22-06-2020 [16:34]


Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

Şəhidin ailə üzvləri Reyting.az-a bildiriblər ki, Birinci-vitse prezidentin göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlanıb, onun müalicə xərclərinin adıçəkilən Fond tərəfindən ödəniləcəyini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər: 

“Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən bu diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk. Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

Şəhidin xanımı deyib ki, Mehriban Əliyevanın bu diqqət və qayğısını sevinc göz yaşları ilə qarşılayıblar, ona və ailə üzvlərinə sonsuz təşəkkürlərini çatdırır, onlar üçün Uca Yaradana dualar edirlər.

Qeyd edək ki, 2018-ci ildə Gəncə şəhərindəki iyul hadisələri zamanı şəhid olmuş polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi dünən Reyting.az vasitəsilə Mehriban Əliyevaya müraciət edərək, vaxtilə Səməd Abbasovun himayəsində olmuş qardaşı, uzun müddətdir epilepsiyadan və digər ağır şəkər xəstəliklərdən əziyyət çəkən Məzahir Abbasovun müalicəsi üçün ondan kömək istəmişdilər.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA