KORONAVİRUSA YOLUXANLAR EVDƏ NECƏ MÜALİCƏ OLUNACAQ? - Detallar
22-06-2020 [14:03]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) yoluxduğu təsdiqlənən xəstələrdə asimptomik və yüngül halların evdə müşahidəsinə dair müalicə qaydalarını və tövsiyələrini açıqlayıb.
Sənəddə hazırda virusun spesifik müalicəsinin olmadığı, lakin xəstənin səhhəti bərpa olunanadək simptomlarını yüngülləşdirən tədbirlərin görülə biləcəyi qeyd olunub.
“COVID-19-a yoluxan şəxslərin evdə klinik idarə edilməsi” adlı sənədə əsasən, bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması müşahidə edilə bilər.
COVID-19-un simptomları aşağıdakılardır:
- qızdırma
- öskürək
- mialgiya və ya halsızlıq
- boğaz ağrısı
- tənəffüs çatışmazlığı və ya təngənəfəslik
- qoxu və dad hissinin itirilməsi
Ağırlaşmalar:
- pnevmoniya
- kəskin böyrək çatışmazlığı
- perikardit
- disseminə olunmuş damardaxili laxtalanma
- sepsis və ya septik şok
- ağciyər və ürək çatışmazlığı
Yüksək risk qrupu
- 60 yaşdan yuxarı şəxslər
- siqaret çəkənlər
- ürək damar xəstəlikləri olan şəxslər
- şəkərli diabet diaqnozu qoyulanlar
- arterial hipertoniyadan əziyyət çəkənlər
- piylənməsi olan şəxslər
- immun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, uzun müddət steroid müalicəsi alanlar, orqan transplantasiyası keçirən şəxslər, kimyəvi terapiya, immunmodulyar müalicə alan şəxslər)
- xroniki tənəffüs xəstəlikləri (kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s)
- digər xroniki xəstəlikləri (məsələn, xroniki böyrək çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı, oraq hüceyrəli anemiya və s) olan insanlar
Yüksək temperatura qarşı tədbirlərə gəlincə, qaydalarda bildirilib ki, həmin insanlar üçün istirahət təmin olunmalı, dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə bol maye qəbul edilməli, sidik ifrazatı şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilməlidir.
Öskürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyə olunur. Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər. Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər (müəyəyn yaşa qədər uşaqlar istisna olmaqla).
Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanılmalıdır. Otağı soyutmaq üçün qızdırıcı söndürülməli və pəncərələr açılmalıdır, virusun yayılmasının qarşısını almaq məqsədilə ventilyatorun istifadəsi qadağandır. Əlavə olaraq nəfəsi sanki şam söndürürmüş kimi burun və ağızdan asta vermək lazımdır. Oturacaqda əyləşilməli, çiyinləri rahat tutmalı, bel əyilmədən düz saxlanılmalıdır. Bir az irəli əyilərək əllər diz və ya möhkəm dayağa qoyulmalı, məsələn digər oturacağın üzərinə söykənilməlidir. Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.
Xəstələr evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.
Qayda və tövsiyələrdə həmçinin 18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslərin müalicə sxemi də yer alıb.
Bildirilib ki, yüksək riskli xəstələr xəstəxanaya yerləşdirilir. Orta riskli şəxslər üçün isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Aşağı riskli şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 12 iyun qərarına əsasən, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir. Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər isə yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər/Report.

İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."