Bakıda şagird orta məktəbdə qətlə yetirildi

img

17-10-2013 [16:46]


Bakıda orta məktəb şagirdi qətlə yetirilib. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Həmin məktəbin şagirdi Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA