DYP-dən rayonlara getmək istəyənlərə daha bir sərt - Mesaj

img

20-06-2020 [12:25]


“Biz ötən dəfə də dedik ki, icazəsi olmayan şəxslər rayonlara getməsinlər. Amma buna baxmayaraq, bəziləri getməyə cəhd göstərdilər. Əlbəttə ki, torpaq yolla gedənlər də olub”.

Mia.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildiirb ki, hazırda torpaq yolla, yaşadığı yeri icazəsiz tərk edərək rayonlara gedənlərlə bağlı araşdırma aparılır: "Amma bundan sonra keçməyə cəhd göstərənlər xüsusi texniki vasitələrlə müəyyən olunacaq və məsuliyyətə cəlb olunacaqlar".

DYP rəsmisi deyib ki, əgər kiminsə icazə portalında məlumatı yerləşdirilibsə, bu o demək deyil ki, həmin şəxs inzibati ərazilərdə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonasından digər rayonlara gedə bilər:

“Digər rayonlara getmək üçün mütləq ezamiyyə sənədi olmalıdır. Verilən icazələr inzibati ərazilərin daxilinə aiddir. Həmin şəxslər tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonası olmayan ərazilərə getməyə cəhd etməsinlər. Həmin şəxslər gedib postlarda da sıxlıqlar yaradırlar. Xidməti zərurət olarsa, həmin şəxslər rəhbərlikləri tərəfindən verilən müvafiq ezamiyyə ilə buraxılacaqlar. Ezamiyyəsi olan şəxslər karantin postundan buraxılacaq. Onlar da avtomobillərində ailə üzvlərini aparmasınlar. Yalnız ezamiyyəsi olan şəxslər postlardan buraxılacaq. Avtomobillərdə olan digər şəxslərin rayonlarda və ya əks istiqamətdə qeydiyyat yeri yoxdursa, karantin postlarından buraxılmayacaqlar”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA