TƏBİB rəsmisi: "Həftəsonu qadağa günlərində istədiyimiz nəticəni əldə edə bilmədik"

img

20-06-2020 [11:08]


“Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır”.

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu statistikanın nəticəsi olaraq karantin rejimi avqustun 1-dək uzadıldı və bir neçə şəhər və rayon üzrə sərt karantin rejiminin tətbiqinə qərar verildi. Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”, - o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA