Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı - Açıqlama

img

19-06-2020 [14:16]


“Yoluxucu xəstəlikləri evdə müalicə etmək olmaz. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Bunun da koronavirusla əlaqəsi yoxdur. Bütün hallarda yoluxucu xəstəliklər təhlükəlidir”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, tənəffüs yolu xəstəliklərində pnevmaniyanın yaranmasına insanlar özləri səbəb olurlar: “Vaxtında həkimə müraciət etməyəndə ağırlaşma baş verir və nəticədə ağciyərlər sıradan çıxır”.

İ.Ağayev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan və vəfat edən tibb işçiləri də var: “Bu gün tibb müəssisələrində müasir tələblərə cavab verən qoruyucu vasitələr kifayət qədərdir və tibb işçiləri arasında bu virusa yoluxan olubsa, bu, onun səhlənkarlığı ucbatından baş verib. Çünki bu vasitələrlə yoluxma ehtimalı çox azdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA