İbadulla Ağayev: “Hələlik həkim və xəstəxana çatışmazlığı yoxdur”

img

19-06-2020 [13:15]


“Nəinki Azərbaycanda, eləcə də dünyanın hər yerində pandemiya həddi aşılarsa həkim və xəstəxana sayı yetərli olmaya bilər”.

Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, bu gün ölkədə həkim və xəstəxana baxımından heç bir çatışmazlıq yoxdur: “Ölkənin elə bölgəsi yoxdur ki, orada müasir tələblərə cavab verən xəstəxana olmaya. Eyni zamanda Azərbaycanda kifayət qədər həkim var. Əksəriyyəti də könüllü şəkildə bu işə qoşulur. Odur ki, narahat olmağa heç bir səbəb yoxdur. Təbii ki, əhali qoyulan qaydalara riayət etməsə vəziyyət çox ağır ola bilər”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA