"İcra başçısının oğlu cəzalandırılmayıb, nə də atası elə söz deməyib" - DİN sözçüsü

img

18-06-2020 [20:24]


“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”.

Mia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib:

“Birmənalı olaraq deyirəm ki, həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunu pozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA