Nazirlik “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsini istəyir

img

18-06-2020 [15:08]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlayıb. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.

Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.

Həmçinin layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.

Eləcə də işsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA