"Azercell" üç tarif paketində hesablama intervalını dəyişir

img

18-06-2020 [11:22]


Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkəti üç tarif paketində zəng xidmətlərində tətbiq edilən hesablama intervalını dəyişir.

Mia.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin 21 iyul tarixindən etibarən fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “My Business 2”, “Sizin tarif”, “Sizin tarif+” paketlərində hesablama intervalı 60 saniyə tətbiq olunacaq.

Qeyd edək ki, hazırda qeyd olunan tarif paketlərində hesablama intervalı 30 saniyə təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA