Eldar Əzizov İlqar Məmmədovun müraciətinə "yox" dedi - Açıqlama

img

17-06-2020 [16:32]


Bakı Şəhər İcra Hakimiyyəti Respublikaçı Alterantiv Partiyasının (REAL) qurultayına icazə verməyib. 

Mia.az xəbər verir ki, bu barədə REAL sədri İlqar Məmmədov açıqlama verib.

Partiya sədrinin sözlərinə görə, dekabr ayında Bakı Şəhər İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir xüsusi karantin rejimi var, olmaz:

"6 aydan çoxdur Respublikaçı Alternativə qurultay keçirməyə imkan verilmir. Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də.

Hətta karantininə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazır olduğumuz müraciətimizdən aydın idi - təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə nazirliyi ya da başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA