Baş infeksionist: "İnsanların Bakıdan rayona getməsinə imkan yaratmaq lazımdır"

img

17-06-2020 [12:55]


“Azərbaycanda koronavirusla bağlı narahatedici məqam olsa da, yoluxma sayı elə də çox deyil. Ölkəmizin 10 milyon əhalisi var, yoluxma sayı isə 0,1 faizdir. Buna baxmayaraq, bir sıra hal bizi narahat edir”.

Bunu Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib.

O, Bakı sakinlərinin sərt karantin günlərində rayonlara axın etməsinə də münasibət bildirib. 

Baş infeksionistin fikrincə, insanların bölgələrə etməsinə şərait yaradılmalıdır:

 “Bir qisim insanlar var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir. Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar 1 aylıq rayona evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanların məcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meyilli olurlar. Bu da təbii ki, subyektiv fikrimdir. Bu işi görmək üçün də ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA