Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-06-2020 [00:07]
Qoç - gün çətin və qarışıq olsa da, ümidsiz dərəcədə pis deyil. Təmkinli davranıb neqativ emosiyaların təsiri altına düşməsəniz, uğur əldə etmək və planları reallaşdırmaq imkanları var.
Ağıllı və təcrübəli hesab etdiyiniz insalarla ünsiyyət üçün əlverişli zamandır. Müdrik insanın məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Pul qazanmaq, sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, uğurlu alış-veriş etmək şanslarını əldən verməyin. Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bunun üçün təşəbbüskar olmalısınız.
Buğa - uğurlu gündür. Yaşam potensialı yüksəkdir. Enerjili və qüvvəli olduğunuzu hiss edirsiniz. Yeni işlərə başlamaq olar. Çətin və qarışıq problemin öhdəsindən nisbətən asan gələcəksiniz. Xoşagəlməz situasiyalar yarananda etibar etdiyiniz insanla məsləhətləşin.
Günün ikinci yarısı alış-veriş üçün məsləhətlidir. Yeni layihə ilə bağlı eksperimentə başlamaq olar. Aldığınız borcu qaytarmağı unutmayın.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - ehtiyatlı və sayıq olun. Sadə, rəvan gün deyil. Kobud səhvə yol verməyin, çünki belə yanlışlığın fəsadlarının aradan qaldırılması çox vaxt aparacaq.
Yaxın ətrafınızdakı insanlarla davranışın modelini müəyyənləşdirin. Yeni münasibətlərə başlamaq və tanışlıqlar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında maliyyə işlərinizi qaydaya salın, imkanlarınızı dürüst dəyərləndirin. Alış-verişdə mənasız xərclərə yol verməyin. Yanınızdakı insanlar sizə təzyiq edir, öz mövqelərini absolyut həqiqət sayır, sizdən bu və digər addımların atılmasını istəyirlər.
Təmkinli olun, bildiyinizi edin.
Xərçəng - məhsuldar çalışın, vaxtınızı mənasız işlərə sərf etməyin. Mühüm məsələlərin çözümünü ertələməyin, təxirə salmayın. Nəzərdə tutduğunuzdan da çox iş görməyə, həllini tələb edən problemi çözməyə çalışın.
Günün ikinci yarısında sizi narahat edən məsələləri yaxınlarınızla, inandığınız insanlarla müzakirə edin. Ehtiyac duyduğunuz yardım və köməyi ala bilərsiniz.
Enerjili oturun, süst davranmayın. Diqqətə layiq olan işi qulaqardına vurmayın. Əsas məqsədlərdən yayınaraq xırda işlərə vaxt sərf etməyin. Uzaq səfərə yollanmağa dəyməz. Adi, öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edəcəksiniz.
Şir - gün uğurlu olmasa da, bir sıra məqamlar baxımından əlverişlidir. Son vaxtlar sizi narahat edən problemi həll etmək imkanları var. Suallara cavab ala bilərsiniz. Adət etdiyiniz kimi davranmayın, müşküllərin çözümü üçün yeni yollar arayın.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərisniz. Alış-veriş etmək, çoxdan can atdığınız əşyanı almaq olar. Romantik görüşlər üçün əlverişli zamandır.
Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Qız - gün yaxşı başlamayacaq. Kiçik çətinliklər, xoşagəlməz situasiyalar, yaxınlarla fikir ayrılıqları sizi təbdən çıxara bilər. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək.
Sadəcə, dürüst davranış modeli seçin, yaşanan vəziyyəti təhlil edin. Analitik qabiliyyətinizi işə salın.
Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Sevdiyiniz insanın xətrinə dəyməyin. Sizə xüsusilə dəyərli olan insanı xoş sürprizlə sevindirin.
Axşam saatlarını yaxşı məclisdə, xoş hisslərlə keçirin.
Tərəzi - uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü və universaldır. Başladığınız işlərdə irəliləyişlərə nail olmaq şanslarınız var. Yaşamınızın bir sıra sahələrində müsbət dəyişikliklərin ərəfəsidir. Hadisələrin təbii axarına müqavimət göstərməyə çalışmayın. Taleyə boyun əyin, axınla üzün. İşlər pis olmayacaq.
Günün ikinci yarısında ev işləri darıxdırıcı və usandırıcı təsir bağışlayacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Qəfil vizitlər xoş emosiyalar yaradacaq. Son vaxtlar maraqlandığınız insan ünsiyyətdə təşəbbüsü ələ alaraq irəliyə doğru ilk addımı atacaq.
Əqrəb - maraqlı gündür. Son vaxtlar darıxdığınız insanlardan xoş xəbərlər alacaqsınız. Qəfil işgüzar təkliflə qarşılaşa bilərsiniz. Yaxşı gəlir əldə etmək şansı var.
Peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün pis vaxt deyil. İşgüzar tərəfdaşlar, həmkarlar və ya rəhbərliklə bəzi məsələləri müzakirə etmək olar.
Günün ikinci yarısı yeni tanışlıqlar və romantik təmaslar üçün əlverişlidir. İntuisiyanız kəskin olsun. Diqqətə layiq adamlara yararsız, mənasız şəxsləri ayırd etməyə çalışın.
Oxatan - ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanlarınız var. Üstün cəhətləriniz, bilik və bacarıqlarınız diqqətsiz qalmayacaq. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.
Günün ikinci yarısında rəqibləri və bədxahları üstələmək üçün fəal olun. Süst, tənbəl davransanız, yaxşı şansları əldən verəcəksiniz.
Axşam saatlarında gəlir, hədiyyə, xoş sürprizlər istisna deyil. Qəfil problem vaxtınızı alacaq, sizi nigaran qoyacaq. Plandaşlırılmamış səfər və səyahət problem yaratsa da, pis sonuclanmayacaq.
Oğlaq - səhər saatları pis başlanmayacaq. Yeni işlər, müxtəlif eksperimentlər, maraqlı ideyaların axtarışı üçün pis zaman deyil. Tərəfdaşlıq etmək istədiyiniz insanlarla görüş üçün münasib vaxtdır.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Problemlər, o cümlədən maliyyə çətinlikləri yaranacaq. Adi günlərdən fərqli olaraq yaxın adamlarla daha çox mübahisə etməyin. Təmasları qorumağa çalışın.
Sərt tənqid və aqressiv davranışa qapılmayın.
Dolça - müəyyən çətinliklərə rəğmən uğurlu gündür. Çalışın, tənbəllik etməyin. Yaxın ətrafınızdakı insanlarla normal münasibətləri qorumaq üçün səylər göstərin. Fikir ayrılıqları və ixtilaflar yaranarsa, onları konstruktiv dialoqla çözmək olar.
Günün ikinci yarısında müsbət təmayüllərin şəxsi münasibətlərə təsiri artacaq. Maraqlı tanışlıqlar istisna deyil.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - işlər çoxdur. Vurnuxma və tələskənliyə yol verməyin. Bütün işləri görməyin mümkünsüz olduğunu düşünüb ruhdan düşməyin. Özünüzə inamınız itməsin. Təkbaşına görə bilmədiyiniz işi başa vurmaq üçün yardımçı aramaq olar.
Günün ikinci yarısında dostlar və ya həmfikirlər sizə yardım edəcəklər.
Yeni maraqlı ideyalar yaranacaq. Onlardan birinin reallaşdırılması yaxşı pul qazanmağa imkan verəcək. Ünvanınıza səslənən tənqidi sakit, soyuqqanlı qarşılayın. Zarafatlardan inciyərək yaxınlarınızla münasibətləri sərinləşdirməyin.
Milli.Az
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."