İstirahət mərkəzində əyləncə məclisi təşkil edən 11 nəfər cəzalandırıldı - Obyekt isə bağlandı + FOTOLAR

img

16-06-2020 [14:02]


Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA