Rusiyada qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin meyiti Azərbaycana göndəriləcək

img

16-06-2020 [12:56]


Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin meyiti Azərbaycana göndəriləcək.

Bu barədə Volqoqrad vilayətinin istintaq orqanlarından bildirilib.

“Qətlə yetirilən tələbənin meyiti Azərbaycana göndəriləcək. Cənazənin göndərilməsi barədə etibarnamənin verilməsi uzun prosedurdur, çünki onun Volqoqradda qohumları yoxdur”, - deyə vurğulanıb.

Qeyd edək ki, iyunun 12-si axşam saatlarında Volqoqradın Voroşilov rayonunda Tibb Universitetinin I kurs tələbəsi Timur Qavrilovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Ona 20 bıçaq zərbəsi endirilib. Faktla bağlı cinayət işi başlanıb, hüquq-mühafizə orqanları qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Artıq qatilin ilkin əlamətləri məlum olub. Əməliyyata regionun Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları cəlb olunub. Volqoqrad vilayətinin qubernatoru azərbaycanlı tələbənin qatilin tapılması üçün 1 milyon rubl mükafat təyin edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA