Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb

img

15-06-2020 [15:40]


Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejimi başlayandan bəri istər rayon mərkəzindən, istərsə də kəndlərdən xəstəxanaya müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, son iki gündə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yüzdən çox müraciət daxil olub. 

Şöbə müdiri Babək Tahirov deyib ki, müraciət edənlərin böyük əksəriyyəti hərarəti olan ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdir.

Qeyd edək ki, Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar 6 həkim briqadası yaradılıb və kənd tibb məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejimi iyunun 16-sı saat 06:00-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA