Tağı Əhmədov məhkəmə qarşısında

img

16-10-2013 [17:55]


Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib. APA-nın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, iş üzrə iddiaçı Vəliyev Fikrət Səlim oğludur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi üzrə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Məhkəmə iddianı təmin etmədiyi üçün F.Vəliyev Apellyasiya Məhkəməsinə müraciət edib.

T.Əhmədovla bağlı apellyasiya şikayətinə oktyabrın 17-də baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA