DİN-dən torpaq yolla şəhərdən qaçmaq istəyən sürücülər haqda açıqlama: "Geri qaytarılıblar" + VİDEO

img

14-06-2020 [14:36]


Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Mia.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb". 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA