“Evdə koronavirus xəstəsi olduğunu gizlədənlər var" - TƏBİB rəsmisi sərt karantin rejiminin həftəiçi də tətbiq olunmasını istəyir

img

12-06-2020 [17:43]


“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA