Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv edilib

img

12-06-2020 [16:12]


Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna əsasən, Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv edilib.

Mia.az xəbər verir ki, sərəncamla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA