Toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi haqda qadağa uzadıldı - Gürcüstanda 

img

12-06-2020 [13:38]


Gürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.

Bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

O deyib ki, 10 nəfərdən insanın bir yerə toplaşması hallarında cərimələr tətbiq olunacaq: “Bu cür pozuntular aşkar olunarsa, mərasimdə olan fiziki şəxsin hər biri 2 min lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək”.

Parlament üzvü vətəndaşlara müraciət edərək onları iyulun 15-dək heç bir kütləvi tədbir keçirməməyə çağırıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA