Naxçıvana təyyarə reysləri açılır - Bu tarixdən

img

11-06-2020 [17:38]


İyunun 18-dən “Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysləri həyata keçiriləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Həmin gün Naxçıvana 2 reys həyata keçiriləcək. Həmin təyyarədə 106 yer olsa da, bunun 100-ü üzrə bilet satışa çıxarılacaq. Əgər sərnişinlər arasında xəstəlik əlaməti olsa, onu arxa oturacağa keçirəcək xidmət göstərəcəklər”, - deyə o, qeyd edib/Report.

O bildirib ki, iyunun 18-də saat 12.00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq:  "Həmin gün saat 15.00-da ikinci uçuş olacaq".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA