“Unibank” müştərisinin şəxsi məlumatlarını yayıb

img

11-06-2020 [12:48]


"Unibank" Azərbaycan qanunlarını heçə sayaraq hegemonluq edir, müştərilərinin şəxsi sirlərini üçüncü şəxsə ötürür.

Bu barədə kommersant.az-a daxil olan şikayətdə bildirilir

Şikayətə əsasən "Unibank"dan kredit götürmüş şəxsin sözügedən banka 10 manat borcu yaranıb. Borcun ödəniş müddətindən 4 gün keçdikdən sonra "Unibank" müştəriyə xəbərdarlıq etmədən onun uzaq qohumlarına car çəkib. Müştəri şikayətində həmin qohumlarının 10 manatlıq borcundan xəbərdar olmasını istəmədiyini, üstəlik qohumlarının varlığı haqda banka heç bir məlumat vermədiyini bildirib. Hazırda müştəri bankı şəxsi məlumatları yaymaqda günahlandırır.

Qeyd edək ki, qanunla şəxsi məlumatların üçüncü şəxsə ötürülməsi qəti qadağandır/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA