"Bu yaşımda məni niyə təhqir edirsiniz?" - Aktyordan MÜSAHİBƏ
10-06-2020 [17:17]
Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Novruz Qartalın Yenisabah.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Novruz müəllim, çalışdığınız teatr Əməkdar artist Çingiz Əhmədovun ittihamları ilə gündəmə gəlib. Sizcə, Çingiz Əhmədov öz iddialarında nə dərəcədə haqlıdır?
- Hər bir insanın öz mənliyi, öz sənət dünyası var. Hamı haqqını istəyir. Yerindən duranlar fəxri ad alır. Qoy alsınlar, onlara heç kim bir söz demir, amma yaşlı, təcrübəli sənətkarlar da ad almalıdır axı. Çingiz Əhmədovun da buna haqqı var və istəyir. Onu qınamaq olmaz. Sadəcə emosiyalara qapıldı, əsəbləri artıq tarıma çəkildi və yüksəkdən danışdı. Bilirsiniz, sənətkar qəlbi çox incədir, sənətkarlar hər şeydən tez küsəndirlər. Ona görə də sənətkara həmişə hörmət lazımdır. Çünki onun tərcümeyi - halını xalq özündən yaxşı bilir. Xalq bilir ki, sənətçi nəyə qadirdir. Çingiz də xalq tərəfindən sevilən bir sənətkardır. Mənim özüm də neçə illərdir səhnədəyəm, nə Xalq artisti, nə prezident təqaüdçüsüyəm, nə də evim var. Musiqili teatrda Vəfa Mühacirova adlı direktor müavini var. O gün çıxışına baxıram ki, mənim haqqımda danışır. Deyir “müəllimliyini edib” və s. Ayıbdır, sən mənim tərcümeyi-halımı hardan bilirsən? Sən hardan bilirsən, mənim o boyda xidmətlərim olub, qırmızı afişa ilə konsertlərim olub, bölgələrdə, hərbi hissələrdə, hospitallarda, qocalar evlərində xeyriyyə konsertləri vermişəm. Hətta bu gün də o ənənəmi davam etdirirəm. “Gülüş səninlədirsə, yüz il yaşarsan” şou proqramını ilk yaradan mən olmuşam və onunla da bütün bölgələri gəzmişəm. Qartal ləqəbi ilə dolaşmışam, mənə bunu xalq verib. Niyə məni təhqir edirsiniz? Niyə çıxıb deyirsiniz ki, “Hamı kirayədə qalır, Novruz da qalsın”? Bu söz sənə yaraşarmı, ay direktor müavini? İnsan belə olan halda əsəbləşməsin neyləsin? Mən bu günə qədər 20 ilə yaxın aktyor heyyətinə rəhbərlik etmişəm. Həmin illər ərzində heç kimin qəlbinə dəyib, incitməmişəm. Hər şeyi düzüb-qoşmuşam ki, təki iş getsin, teatr inkişaf etsin. Elə də olub. İndi necə olur, iki-üç nəfər təriflənir, qalanı ölməlidir?
- Teatr aktyorlarının əsas problemlərindən biri də məvaciblərinin az olması ilə bağlıdır. Rəhbərliyin mükafat verməklə yaxud digər vasitələrlə aktyorların maddi durumunu yaxşılaşdırmaq imkanı varmı?
- Mən demirəm direktor tamamilə pisdir. Xeyr, direktorumuzun yaxşı cəhətləri də olub.
- Sizin özünüzə yardım olunubmu?
- Hətta mənə qarşı da olub. Karantində evdə oturmuşam, 73 yaşım var, mənə maddi cəhətdən köməklik edib, kartıma pul vurdu ki, acından ölməyim. Sağ olsun! Yaxşını da demək lazımdır, pisi də. Bir nəfəri birdən-birə baltalamaq da olmaz axı. Sən bunları bilə-bilə, ay Mühacirova, niyə Novruz Qartal haqqında ağzına gələni yazırsan? Deyir kiçik rolları olur filan. Başa düşmədim, mənim rollarıma nə olub ki? Mən bu yaşımda hər ay 6-7 tamaşa oynayıram. Lütvəli Abdulayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova ilə səhnəyə çıxan aktyoram. Mən səhnəyə çıxdığım vaxtlarda onlar harda idi? O dövrdə, odun-alovun içində konsertlər vermək, qastrollara getmək hər adamın işi deyildi, mən bunları görüb gəlmişəm.
- Dediniz ki, sizə yardım edilib, teatrın bütün aktyorlarına qarşı belə davranılıb?
- Bilirsiniz, bu bir mənə yox, hamı üçün olmalıdır. Aktyoru incitmək olmaz. Ulu öndərimizin bir sözü vardı, “Aktyoru incitmək olmaz, onun nazını çəkmək lazımdır”. Bu sözlər hələ də qulağımdadır. Aktyoru teatrdan çıxarmaq olmaz, onu teatrdan çıxarsan bir aya dözməyib, ürəyi partlayıb öləcək. Aktyorun başqa sənəti yoxdur, onun canı səhnədə çıxmalıdır. Bunu dahi şəxsiyyət Heydər Əliyev dedi, indiyə qədər o sözlər mənim qulağımdadır. O nə qədər sənətə qiymət verirdi, aktyorlara, sənətkarlara özü zəng edib halını, əhvalını soruşurdu. Bəs niyə siz bu yaşımda məni təhqir edirsiniz? Mən də haqqımı istəyirəm, niyə mən kirayələrdə qalmalıyam, Mühacirova deyir qalsın. Heç dəxli var? Mən haqqı da, nahaqqı da deyirəm. Nə deyirəm ki, deyirəm təqdimatımı göndərin. Fəxri ad verərlər verərlər, verməzlər verməzlər, sizdən nə gedir, göndərin.
- Repertuar seçimində, tamaşaların səhnələşdirilməsində təcrübəli aktyorların rəyi nəzərə alınırmı?
- Xeyr, çoxunun fikri nəzərə alınmır, onlara çox vaxt rol da verilmir. Yaşlı sənətkarlar cavanların yanında olmalıdır ki, onlar yaşlı sənətkarlardan öyrənsin. Cavanlar ondan səhnə mədəniyyəti, hərəkəti öyrənməlidir, danışığına fikir verməlidir, haşiyədən qırağa çıxmamalıdır. Ona görə yaşlı sənətkarlara həmişə hörmət lazımdır.
- Musiqili teatrın bəzi aktyorları bizimlə söhbət zamanı bu sənət ocağında Xalq artisti Afaq Bəşirqızının hegemonluq etdiyini deyirlər. Sizcə, bu iddialar nə dərəcədə doğrudur?
- Vallah, mən bunun doğru olub-olmadığını deyə bilmərəm. Hamı bilir ki, Afaq xanım xalq sənətkarıdır. Xalq tərəfindən çox sevilir, bu faktdır. Afaq xanım da haqsızlığa qarşı çıxır, istəyir ki, ədalətsizlik olmasın. Mən özüm aktyoram, amma ictimai həyatda da fəalam. Biz 10 il əziyyət çəkib “Yenilənən Dövlətə Dəstək” İctimai Birliyini yaratmışıq. Həmin təşkilatın təsisçilərindən biri mənəm, sədrin birinci müaviniyəm. Mən aktyorluqla yanaşı, bununla da məşğulam. Cənab prezident deyir ki, haqq-ədalət olmalıdır, insan haqqları boğulmamalıdır, rüşvətxorlar təmizlənməlidir. Niyə aparılan islahatlardan bunlar nəticə çıxarmır?
Mədəniyyət nazirimizi özünüz gördünüz. Kimin ağlına gələrdi, altından o boyda milyonlar çıxdı. Heç mənim ağlıma gəlməzdi. Prezidentimiz bu halları gördü, onları işdən azad etdi. Bunlar belə şeyləri görə-görə yenə ehtiyat etmirlər. 53 il iş təcrübəsi olan aktyor haqqında gör dünənki uşaq nə deyir? Mənim mədəniyyətim imkan vermir ki, onlarla ağız-ağıza verim, mən xoşlamıram belə şeyləri. Heç istəmərəm ki, adıma ləkə gəlsin.
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib