Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-06-2020 [00:01]
Qoç - uğurlar əldə etmək üçün ifrat dərəcədə səylərə ehtiyac yoxdur. Praktiki olaraq bütün problemlərin öhdəsindən gələ bilərsiniz. Bəyəndiyiniz, sərfəli və mənfəətli saydığınız ideyaları həyata keçirməyə çalışın. Dostlar və yaxınlar sizə yardım etmək istəməsələr də, problem yoxdur. İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın.
Günün ikinci yarısında müstəqil fəaliyyət göstərin. Yaşamınızda və davranışınızda dəyişikliklər etmək zamanıdır. Yeni imiciniz həyatınızda fərqli mərhələyə təkan verə bilər. Kommersiya məsələlərini müzakirə və həll etmək üçün münasib zamandır. İşgüzar duyumunuz iti olsun.
Buğa - yalnız dəqiq və səlis fəaliyyət planı hazırlayandan sonra aktiv işlərə başlayın. Bütün detalları fikirləşin, zəif və güclü yönləri nəzərə alın. Tələskənliyə yol verməyin. Uğurunuza inanın. Təriflər təbii ki, pis deyil.
Günün ikinci yarısında əsəblərinizin tarıma çəkildiyini anlayacaqsınız. Çətinliklər riski artır. Həmfikirlərlə dil tapmağa can atın. Münaqişələr üçün ciddi saydığınız səbəblər önəmsizdir.
Maliyyə itkiləri və uğursuz anlaşmaların reallaşma şansını artırmayın.
Əkizlər - təxribatlara uymayın. Bu gün yaxın ətrafınızdakı insanlar əsəblərinizlə oynayacaqlar. Sakitliyin heç olmasa görüntüsünə nail olmaq böyük səylər və zəhmət tələb edir.
Emosiyaların və hisslərin əsiri olmayın. Belədə daha ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında heç bir halda mənasız riskə getməyin. Şübhəli planlara, avantüralara qatılmayın.
Maliyyə fonu uğursuzdur. İtkilər ciddi ola bilər. Alış-verişi ertələyin. Sağlam məntiqlə davranın, ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinə qulaq asmayın.
Xərçəng - səbrli və inadkar olun. Sadə olmayan günü itkilərsiz başa vurmağa çalışın. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, sayıq, sərvaxt davranmaq gərəkdir. Gələcək qələbələrin rəhni indi qoyulur. Bazisin möhkəm olmasına çalışın.
Mühüm əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanlarla müzakirə etməyə dəyməz.
Günün ikinci yarısında intensiv fəaliyyət, ağıllı davranış rəqibləri üstələməyə imkan verəcək. Görüşlər, dostlar və həmfikirlərlə ünsiyyət üçün münasib zamandır. Tək qalanda bədbinliyə qapılmayın. Ruhdan düşməyin.
Şir - gün uğurlu başlanacaq. Günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi irəliləyişlərə nail ola bilərsiniz. Yaxınlarınızla ünsiyyətləri aktivləşdirin, səmimi və qayğıkeş olun.
Yaşlı qohumlarla dil tapmaq asan olmasa da, ümumi məsələlərin həllində səyləri birləşdirmək gərəkdir.
Günün ikinci yarısıda pis xəbər, sizi sinirləndirəcək və qıcıqlandıracaq məlumat alacaqsınız. Fikir ayrılıqları və münaqişələr ola bilər.
Yaradılmasına xeyli səy sərf etdiyiniz münasibətlər kəsilə bilər.
Qız - çox əlverişli və uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi səylərə əl atmadan uğura nail ola bilərsiniz. İşlər çox olsa da, təmkinli davranın. Yaxın ətrafınızdakı insanlar adi günlərlə müqayisədə sizə yardım istəyi ilə daha çox müraciət edəcəklər.
Dəyər verdiyiniz insanlara "yox" deməyin.
Günün ikinci yarısında maraqlandığınız işlərlə məşğul ola bilərsiniz.
Maliyyə fonu uğurludur. Planlaşdırılmamış alış-veriş etmək, sövdələşmələr və anlaşmaları müzakirə etmək olar. Əhvalınız yaxşı olacaq.
Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Tərəzi - pis gün deyil. Hər şey istədiyiniz kimi olmasa da, tövrünüzü pozmayın. Sakit və təmkinli olun. Yaxın ətrafınızdakı insanların bədbinlikdən qurtulmaları üçün əlinizdən gələni edin. Ruhdan düşməyin. Həssas insanlar sizə can atır, yardım istəyirlər. Onlar özlərini yanınızda daha rahat hiss edirlər.
Günün ikinci yarısında qətiyyətli və iradəli olun. Mühüm, çətin məsələləri, ağır problemləri təkbaşına da həll etmək olar. Ciddi səhvlərə yol verməyin, dürüst nəticələr əldə edin. Son vaxtlar darıxdığınız insandan axşam saatlarında xəbər alacaqsınız.
Əqrəb - danışıqlarla müzakirələrdə çox vaxt keçirməyin. Belə müzakirələr xoş olsa da, mənasızdır. Mühüm məsələni sanki təsadüfən yada salın. Faydalı məlumat əldə etməyə çalışın.
Əks cins mənsubları ilə danışıqlarda ehtiyatlı olun. Onlar yoxlanmamış məlumat yayaraq sizi yanlış qərarlara təşviq edə bilərlər.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Maksimal nəticələrə nail olmaq üçün fəaliyyətin optimal variantını gerçəkləşdirin. Minimum səylərlə ən yüksək nəticə əldə etməyə çalışın. İdeyalarınızı ilkin formada reallaşdırmaq çətin olsa da, özünüzlə tərəfdaşlarınızın işinizi asanlaşdıra bilərsiniz.
Oxatan - yaşam sizə çox asan, asudə gəlməsin. Həyatı daha da çətinləşdirəcək süni problemlər yaratmayın. Ünsiyyətdə xasiyyətinizin ən pis yönlərini sanki bilərəkdən nümayiş etdirməyin. Münaqişələr yaratmayın. Yalnız öz rifahını və maraqlarını düşünən insanlarla aqressiv davranmayın.
Günün ikinci yarısında istənilən fiziki iş zamanı ehtiyatlı olun. Travma riskli gündür. Mürəkkəb alətlər və avadanlıqlar sıradan çıxa bilər. Maliyyə baxımından uğursuz zamandır. İtkilər və məsrəf riski artır.
Oğlaq - məhsuldar gündür. Sizin üçün önəmli, amma mürəkkəb işə başlaya bilərsiniz. Yaşam enerjisi və qüvvələriniz ən çətin işin öhdəsindən gəlməyə imkan verir. Etibarlı dostlar və müttəfiqlər sizi tək qoymayacaqlar.
Peşəkar fəaliyyətinizin perspektivlərinin müəyyən mənada asılı olduğu insanla günün ikinci yarısında ünsiyyəti aktivləşdirin. Romantik münasibətlərə başlamaq üçün əlverişli gün deyil.
Görüş uğursuz olacaq.
Dolça - nə istədiyinizi dəqiqləşdirin. Sizi dilə tutsalar da, kənar işlərə razılaşmayın. Yanındakı insanlarla manipulyasiyalar etmək və onlardan öz maraqları üçün faydalanmağa adət edən insanlara sərt cavab verin. Onları özünüzdən uzaq saxlayın.
Dostlar və tanışlarla mbüahisə etməyin.
Günün ikinci yarısında yaradıcılıq potensialı yüksək olacaq. Təxəyyülü işə salın. İlk baxışdan sadə, banal təsir bağışlayan problemlərin həllinə yaradıcı yanaşın.
Yaranan suallara cavab verin.
Balıqlar - səmimi, qayğıkeş olmağa çalışın. Belə davranış yaxın ətrafınızdakı insanları laqeyd qoymayacaq. Yeni tanışlıqlar üçün pis zaman deyil. Yaşamınızda sonradan önəmli rol oynayacaq romantik münasibətlər yarana bilər. Çoxdan bəri arzuladığınız işlə məşğul olun. İndiyədək dəfələrlə yardım etdiyiniz insan bu gün köməyinizə gələ bilər.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Hisslərə və emosiyalara qapılaraq impulsiv davranmayın, spontan addımlar atmayın. Münaqişələrə səbəb olmayın, bədxərclik etməyin.
Pullar az sonra karınıza gələ bilər.
Milli.Az
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb