"Sosial şəbəkədəki həmin şəxslər haqda əsaslı ölçülər götürüləcək” - DİN-dən xəbərdarlıq

img

09-06-2020 [23:59]


"Yasamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir".

Mia.az xəbər verir ki, bunu Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir: “Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA