Tikintidə faciə: 2 fəhlə binadan yıxılaraq öldü

img

14-10-2013 [13:43]


Bakının Binəqədi rayonu ərazisində 2 nəfər çoxmərtəbəli binadan yıxılaraq ölüb. Mia-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Mehdiabad qəsəbəsinin ərazisindəki Gənclər Şəhərciyində tikilməkdə olan binada, orada işləyən Asəf Ələkbərov ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölüb.

Oxşar hadisə Binəqədi rayonu H.Babaşov küçəsindəki 9 mərtəbəli binada da baş verib. Həmin binada təmir işləri aparan Zaqatala rayon sakini Nurbəy Şabanov 9-cu mərtəbədən yıxılaraq ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA