Göyçay bazarında 5 mağaza yandı - FOTOLAR

img

08-06-2020 [18:07]


Göyçay rayonunda köhnə meyvə-tərəvəz və geyim əşyaları bazarı kimi tanınan "Göyçay-Bazar" ASC-nin ərazisində başlanan yanğın FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır/APA.

***

Göyçay rayonunda bazar ərazisində baş verən yanğın lokallaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

saat 17:22

Göyçay rayonunda bazar ərazisində yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. "Göyçay-Bazar" ASC-nin ərazisində yerləşən geyim əşyaları mağazaları və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə baş verən yanğının söndürülməsinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA