İcra başçısının oğlu "Land Gruiser"lə yolun əks istiqamətində hərəkət etdi, insident yarandı - FOTO

img

08-06-2020 [11:38]


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun oğlu bahalı avtomobillə qəza şəraiti yaradıb.

Sakinlərin verdiyi məlumata görə, başçının oğlu Orxan İsmayılov mayın 29-da idarə etdiyi Land Gruiser markalı  45 -- 710 dövlət nömrə nişanlı avtomobillə qaydaları pozaraq hərəkətin əksinə gedib.

O, avtomobillə icra hakimyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb. Həmin istiqamətə giriş qadağan olunduğundan bir ailənin haqlı narazılığına səbəb olub. Bu zaman O.İsmayılovla həmin şəxslər arasında insident yaşanıb.

Sakinlər deyir ki, baş verən hadisə müşahidə kameralarına düşüb./Criminal.az

İcra başçısının oğlu bahalı maşınla qəza şəraiti yaratdı: Qalmaqal – Foto


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA