Göyçayda iri ilan yaşayış evinə hücum edib - FOTO

img

07-06-2020 [16:28]


Göyçay rayonunda ilan yerli sakinin yaşadığı evin həyətinə hücum edib.

Hadisə bu gün səhər 11:00 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndinə qeydə alınıb.

Ev sahibinin sözlərinə görə o, ilanı həyətdə gəzərkən görüb. İlan həyətə girdikdən sonra evə soxulmağa çalışıb. Bu zaman yerli sakin ilanı çomaq vasitəsilə bir neçə dəfə vuraraq öldürüb. 

Zəhərli ilan uzun olduğundan ev sahibi onu öldürməkdə çətinlik çəkib. Qeyd edək ki, ilanın uzunluğu 1 metrdən böyük olub/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA