Məşhur "qanuni oğru" həbs edildi

img

13-10-2013 [22:47]


Ukraynanın Kiyev şəhərində xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı yezidi kürdü olan "qanuni oğru”, 37 yaşlı Qadi Kolayan həbs edilib.

MİA Aznews.az-a istinadən xəbər verir ki, onunla birlikdə cangüdəni, beynəlxalq dərəcəli idman ustası Zoqrab Ozmanyan da saxlanılıb.

Qeyd edək ki, kriminl aləmdə Onik kimi tanınan "qanuni oğru” 3 il Ukrayanya gəlmək qadağan edilib.

Ermənistandan olan yezidi kürdü ötən ilin 12 iyulunda Ded Xasan klanına daxil olan üzvlərin keçirdiyi "sxodka”da taclandırılıb. Ona müsbət rəy verən isə Ded Xasanın yaxın qohumu Valeri Farizov olub.

Bundan bir il əvvəl də Onik Qela Kardava və Timuri Mirzoyevin də iştirak etdiyi "sxodka”da saxlanmışdı.

Məlumatlara görə, Onik hazırda kriminal aləmdə baş verən qarşıdurmalara çox müdaxilə etmir və əsasən yezidi kürd olan "oğru”larla əlaqə saxlayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA