"Yalnız həftəsonları qadağanın tətbiqi yetərli deyil" - TƏBİB-dən xəbərdarlıq

img

04-06-2020 [17:19]


"Yalnız həftəsonları qadağanın tətbiqi yetərli deyil. Eyni zamanda sosial məsafə və digər qabaqlayıcı tədbirlərin əməllərinə ciddi əməl edilməlidir".

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, qadağalardan sonra vətəndaşlar daha sürətlə sərbəstliyə meyil edir: "Bu da yoluxma sayını artırmış olur. Bəzi insanlar həftəsonu qadağaları ikinci dalğa kimi qəbul edir. Bu, qəti belə deyil".

O bildirib ki, işlər sadəcə mərhələli şəkildə həyata keçirilir: "Biz yoluxma sayının sürətli artımının qarşısını almaq istəyirik. Budəfəki qapanma tam qapanmadır. Ona görə də insanlar lazımi ehtiyaclarını indidən təmin etsinlər. Vətəndaşlar bunu bayram kimi qeyd etməsinlər. Yəni zərurət olmadan bu gün və sabah harasa kütləvi axın etməsinlər. Özəl təşkilatlara da müraciət edirik ki, cümə günü iş saatının azaldılması məsələsinə baxsınlar".

TƏBİB sədri vurğulayıb ki, maska taxılmaması və sosial məsafələrin saxlanılmaması xəstəliyə yoluxanların sayını artırır:

"Cəzalandırma tədbirləri bundan sonra da davam edəcək. Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər. Epidemioloji baxımdan müsbət nəticəsi olsa da, iqtisadi baxımdan mənfidir. Ona görə də qısa müddətli qadağalara getdik".


Digər xəbərlər
SON XƏBƏRLƏR