Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-06-2020 [00:05]
Qoç - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar belə, bu gün dəstək verəcəklər.
Günün ikinci yarısında işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır.
Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının.
Buğa - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun.
Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı fəsadlara səbəb ola biləcəyini düşünün.
Şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin.
Ailə üzvləri ilə təmaslarda həssas olun.
Əkizlər - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar.
Günün ikinci yarısında tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq.
Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına vurmayın.
Xərçəng - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil.
Axşam saatlarında normal dincəlin.
Şir - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin.
Günün ikinci yarısında yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz.
Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir.
Nüfuzlu insanla tanışlıq istisna deyil.
Qız - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin.
Axşam saatları yaradıcılıq üçün əlverişlidir.
Tərəzi - yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər. Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.
İri miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın.
Kobud səhvlərə yol verməyin.
Günün ikinci yarısında səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər.
Axşam saatları dostlarla görüş və müzakirələr üçün əlverişlidir. Son vaxtlar sizi narahat edən məsələni nəzərdən keçirə bilərsiniz.
Əqrəb - işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın. Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.
Günün ikinci yarısında uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz.
Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü qorumaq üçün səy göstərin.
Oxatan - əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək olar.
Günün ikinci yarısında həmfikirlərlə yanaşı, müttəfiqlər də tapacaqsınız.
Yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər.
Adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq. Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır.
Oğlaq - yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq. Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər.
Günün ikinci yarısı ünsiyyət, dəvət aldığınız yerə yollanmaq üçün yaxşı zamandır. Yeni tanışlıqlar olacaq. Onların sürəyi sizdən asılıdır.
Dolça - neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın. Yeni təcrübə və bilik əldə etmək üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Əldə etdiyiniz məlumatlar karınıza gələ bilər. Biliklərin artırılması üçün də pis gün deyil.
Günün ikinci yarısında etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki, bu da sərf olunan pula dəyər. Romantik görüşlər pis keçməyəcək.
Balıqlar - intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq. Ənənələri pozmağa, daşlaşmış qaydalar çərçivəsindən kənara çıxmağa çalışın. Yaxın ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda yeniliklər zamanıdır.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar. Yeni münasibətlər istisna deyil.
Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin, tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.
Milli.Az
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub