Gəncədə gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkanıb

img

01-06-2020 [12:14]


Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Mia.az-a verilən məlumata görə,  dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA