Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə

img

05-02-2026 [15:50]


Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə rəsmi səfərə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər fevralın 11-də gerçəkləşəcək.

Məlumatda deyilir ki, Kiriakos Mitsotakisi Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən dəvət edib: "Səfər zamanı Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Altıncı İclası keçiriləcək. Eyni zamanda, Prezident və Yunanıstan Baş nazirinin təkbətək və heyətlər arası görüşlərində mövcud əlaqələr və regional məsələlər müzakirə olunacaq".

Məlumata görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin gücləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması da gözlənilir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA