Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
GÜNDƏM
05.02.2026, 16:16
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Mia.az xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, "müdafiə naziri" Levon Mnatsakanyana, "parlamentin sədri" Davit İşxanyana, "xarici işlər naziri" David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib.
Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.
Lakin şəxslər ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunur və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
***
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edirlər.
Hakim təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayana qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası verib.
Hökmə əsasən təqsirləndirilən Bako Sahakyana isə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxs B.Sahakyanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Digər təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
Hökmə əsasən təqsirləndirilən M.Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs M.Babayanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsrail və Livan razılaşdı - 10 günlük atəşkəs
Bugün, 21:14 GÜNDƏM
-
Ermənistan parlamentinin spikeri İstanbulda: "Azərbaycanla sülh möhkəmlənib"
Bugün, 20:40 SİYASƏT
-
"At gücü" sənədli filminin təqdimatı keçirilib
Bugün, 19:41 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir və..."
Bugün, 18:25 GÜNDƏM
-
İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Bugün, 18:05 CƏMİYYƏT
-
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Bugün, 18:02 KRİMİNAL
-
Türkiyə yeni komando birlikləri yaradır: "Daha çevik, daha sürətli..."
Bugün, 17:38 GÜNDƏM
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
Bugün, 17:15 GÜNDƏM
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
Bugün, 17:10 İQTİSADİYYAT
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
Bugün, 16:54 İQTİSADİYYAT
-
Onlara vəzifələr verildi - Agentlikdə yeni təyinatlar + FOTO
Bugün, 16:36 CƏMİYYƏT
-
İnsan niyə pis hadisələri daha tez xatırlayır? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
Bugün, 16:25 CƏMİYYƏT
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
Bugün, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
Bugün, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
Bugün, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
Bugün, 15:35 GÜNDƏM
-
“Space”in icraçı direktoru aparıcıya elə cavab verdi ki... - "Nə olsun ki, şəhid qızısan?”
Bugün, 15:27 PRESS
-
Azərbaycan Rusiya ilə yeni sənədlər imzalayıb
Bugün, 15:24 GÜNDƏM
-
Deputata "Şöhrət" ordeni verildi - Sərəncam
Bugün, 15:22 GÜNDƏM
-
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev və birinci xanım Türkiyədə - FOTOLAR
Bugün, 14:54 GÜNDƏM
-
Məşhur aktrisa ifşa oldu: günü 7500 manata fahişəlik, yoxsa… - Mesajlar yayıldı
Bugün, 14:40 ŞOU-BİZNES
-
May ayında neçə gün iş olmayacaq?
Bugün, 14:28 CƏMİYYƏT
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi - Səbəb izah edilməyib
Bugün, 14:12 SİYASƏT
-
Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL
Bugün, 14:07 SİYASƏT
-
Xaricdə oxuyan 255 nəfərin diplomu tanınmadı
Bugün, 14:03 GÜNDƏM
-
Milli Məclislə Mərakeş Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:47 SİYASƏT
-
Pakistan XİN: “ABŞ və İran danışıqlara hazırdırlar, lakin…”
Bugün, 13:09 GÜNDƏM
-
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
Bugün, 12:48 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:37 CƏMİYYƏT
-
“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur”
Bugün, 12:21 İDMAN