“Azəriqaz”ın sabiq sədri küçədə öldü

img

10-10-2013 [14:07]


"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri küçənin ortasında canını tapşırdı.Milli.Az-ın məlumatına görə, hazırda Neft Akademiyasının qazçıxarma və geologiya kafedrasının müəllimi işləyən 63 yaşlı Fərman Vəlizadə təhsil ocağının qarşısında dünyasını dəyişib.

Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 220 ünvanında yerləşən akademiyanın qarşısında onun halı pisləşib və ailə üzvlərinin yanında keçinib. F.Vəlizadə uzun müddət ürək-damar çatışmazlığından müalicə alıb.

Onu da əlavə edək ki, F.Vəlizadə bir müddət "Azəriqaz" QSC-nin sədri işləyib və işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Bundan sonra akademiyada müəllim, laboratoriya müdiri işləyirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA