48 yaşlı kişi oğlunu və baldızını qanına qəltan etdi, sonra qaçdı

img

10-10-2013 [10:41]


Ötən gecə Siyəzəndə ailə münaqişəsi zəmnində qan tökülüb.  Məlumata görə, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi 52 ünvanında yaşayan 48 yaşlı Çingiz Nuriyev oğlunu və baldızını bıçaqlayıb. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva Regional Müalicə Diaqnostika Mərkəzinə gətiriliblər. Onların bədənində çoxlu sayda kəsilmiş-deşilmiş yaralar olub. 

Hadisəni törədən Çingiz Nuriyev qaçsa da, polis onu yaxalayıb.

Hələlik onun nə üçün yaxınlarını qanına qəltan etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA