"Toylar gələn ay da olmayacaq" - Rəsmi xəbərdarlıq

img

22-05-2020 [17:56]


“Toy və digər kütləvi tədbirlərin keçirilməsinin bərpası iyun ayı üçün də nəzərdə tutulmur”.

Mia.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda 10 nəfərin kütləvi toplanması qadağandır: “Bunun epidemioloji səbəbləri var. Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.

O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR