"Mayın 14-də xəstəxanaya gedib və..." - Daha bir azərbaycanlı xaricdə koronavirusdan vəfat etdi + FOTOLAR

img

20-05-2020 [21:12]


Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb.  

Mia.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun tələbə yoldaşı Nail Həsən bildirib.

O deyib ki, həmyerlimiz bu gün səhər saatlarında vəfat edib. Rəşad Həsənovun dostları onun sağlamlığı ilə bağlı ciddi probleminin olmadığını söyləyiblər:

"Bu gün aldığım üzücü bir xəbər məni dəhşətə gətirdi. Ali Hərbi Məktəbdə bir yerdə oxuduğum kursant yoldaşım, vətənpərvər insan Rəşad Həsənov Sankt-Peterburq şəhərində koronavirusdan vəfat edib. Rəşad fiziki cəhətdən çox sağlam bədənli, daim idmanla məşğul olan adam idi. Onun koronavirusa yoluxaraq, vəfat etməsinə heç cür inanmağım gəlmir.

Aldığım məlumata görə, mayın 14-də Sankt-Peterburqda xəstəxanaya gedib və ona pnevmaniya diaqnozu qoyulub. Bu gün səhər saat 6.00-da isə dünyasını dəyişib. Qəlbi hər zaman Qarabağ həsrətiylə çırpınan Rəşadın arzusu ürəyində qaldı".

Azərbaycanlı keçmiş hərbçi koronavirusdan öldü - Fotolar

Azərbaycanlı keçmiş hərbçi koronavirusdan öldü - Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA