26 ildir qamış evdə yaşayan laçınlı məcburi köçkün: "Kimsəsiz qalmışam, "çörək pulumu" da qanunsuz kəsiblər..." - FOTO

img

20-05-2020 [12:27]


Laçın rayonunun Alxaslı kənd sakini, Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkün Rzayev Nahid Zahid oğlu Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib.

Mia.az-a daxil olan müraciətin surətində deyilir:

"Mən, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. 

26 yaşım var,  valdeyinlərim vəfat ediblər.

1992-ci il tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olandan sonra valideyinlərim Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşıblar. Valideyinlərim xəstəliyə düçar oldular, maddi imkansızlıqdan müalicə etdirə bilmədik deyə vəfat etdilər.

Hazırda heç bir yerdə işləmirəm. Subayam evimiz qarğıdan düzəldilmiş komadır ki, orada heç heyvanda saxlamaq olmaz.

Məskunlaşdığımız Zərdabın Böyük Dəkkə kəndində  atam ev inşa etdirmək istəyirdi ki, xəstəliyə düçar oldu, tikinti yarımçıq qaldı. Bundan sonra anam xəstəliyə düçar oldu, müalicə etdirə bilmədik deyə vəfat etdi.

İndi kimsəsiz qarğı damında qalmışam.

Məcburi köçkünlər üçün verilən çörək pulumu da qanunsuz olaraq dayandırıblar.

Nə işim var, nə evim, nə də kimsəm. Çıxılmaz vəziyyətdə acınacaqlı durumda yaşayıram. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərliyə və Zərdab rayon icra başçısı Mərdan Camalova müraciət etsəm də, mənə köməklik göstərmirlər. Hətta məni məcburi köçkünlərə dğvlət tərəfindən inşa edilib paylanılan mənzillədə təmin etmirlər. 

Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizdən çox-çox xahiş edirəm yarımçıq qalmış evimizin tikilməsinə köməklik göstərəsiniz".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA