DMX rəisi: “Deportasiya prosesi dayandırılıb”

img

20-05-2020 [12:20]


“Bu gün bütün dünyada pandemiya hökm sürür. Ona görə də deportasiya prosesi dayandırılıb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Əgər barələrində deportasiya qərarı verilən şəxslər varsa, onlar da qərarın icrasının vaxtını gözləyirlər. Bu proses sərhədlərin bağlanması ilə əlaqədar dayandırılıb” - deyə V.Hüseynov bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA