Sabiq nazir Nicat Quliyevin həbs müddəti uzadıldı

img

07-10-2013 [13:07]



Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbs müddəti iki ay uzadılıb. "media forum”a danışan vəkil Elton Quliyev deyib ki, Səbail Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərardan apellyasiya şikayəti verib.

Nicat Quliyev avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, o, qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. Məhkəmənin qərarı ilə avqustun 8-də Nicat Quliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA