Azərbaycanda hərbi maşın dərəyə aşdı: ölən var

img

07-10-2013 [10:23]


Ötən gün Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə məxsus "Ural” markalı yük maşını dərəyə aşıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində sürücü 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov ölüb. O, müddətdən artıq xidmət edirmiş.

Qəza nəticəsində avtomobildə olan digər əsgər İlkin Orucov yaralanıb. Əsgər hərbi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA